Liseydə Qazandırdığımız Bacarıqlar

İctimai bacarıqları

Fərdi əlaqələr: Digər insanlarla əlaqələr və bu əlaqələrdə həssaslıq.

İş birliyi: Qrup daxilində əlaqələr, ünsiyyət, əməkdaşlıq.

Mübahisələrin həlli: Mübahisələrin qarşısını almaq, mübahisə yarandığı zaman onu sülh və ədalətli yolla həll etmək.

Qrup davranışları: Qrup daxilində iş digərlərini dinləmə iş siyahsını bərabər şəkildə bölüşmə.

 

Əlaqə Bacarıqları

Danışıq:  Rəsmi mühitlərdə daxil olmaqla fərqli vəziyyətlərdə özünə güvənərək, kütləni düşünərək danışma.

Dinləmə: Başqalarını dinləyib uyğun cavablar vermək.

Oxuma: Müxtəlif mətnləri axıcı, doğru oxuma, anlama, mətndən nəticə çıxartma

Yazma: Fərqli və maraqlı mətnlər yazma söz seçərkən yaradıcı və diqqətli olma.

 

Düşünmə bacarıqları

Xatırlamaq: Məlumatı xatırlama, sıralama, tanıma.

Anlama: Fikir və anlayışları şərh etmə başqa sözlərlə izah etmə

Tətbiq: Məlumatdan istifadə, məlumatı reallaşdırma.

Analiz: Məlumatları bir - biri ilə əlaqələndirmək, müqayisə etmək.

 

Araşdırma bacarıqları

Suallar vasitəsilə araşdırma: Düşünməyə məcbur edən və əlaqəli suallar verərək araşdırma.

Müşahidə vasitəsilə araşdırma: Mövzu ilə əlaqədar detalları öyrənmə.

Planlaşdırma: .Lazımı məlumatları öyrənmək üçün yollar axtarma.

Məlumat toplama vasitəsilə araşdırma: Kitablar insanlar, filmlər və s haqqında müxtəlif mənbələrdən məlumat toplayaraq araşdırma.

 

Öz idarə bacarıqları

Nəticələri ilə birlikdə keçmiş təcrübələri düşünmə.

Öz motivasiya, istək və ehtiyaclarının fərqində olma, insanlar və müxtəlif vəziyyətlər qarşısındakı davranışlar və digər insanların bunları qəbul etmə forması.

Öz qabiliyyətlərini bilmə, özünə və edə biləcəklərinə güvənmə.