Təhsil Yönümlü Prinsiplərimiz

Lisey birliyi

Əməkdaşlıq və birgə iş üçün əlverişli şərait yaradılmalıdır. Nümunəvi davranış və fəaliyyətlərlə şagirdlərə örnək olunmalıdır.

Bir-birini dəstəkləyən, əməkdaşlıq edən məktəb birliyi təşkil olunmalıdır.

 

Tədris planı

Tədris planı qanun və şərtlərə uyğun qurulmalı, Təhsil Nazirliyinin tələblərini yerinə yetirməlidir.

Tədris planında zəruri olan məlumatlar əks olunmalı, həmin məlumatların başa düşülməsi təmin edilməlidir.

Tədris proqramı şagirdlərdə araşdırma, ünsiyyət qurma,  fərqli ictimai mühitlərdə müvəffəqiyyətli fəaliyyət göstərmə, tənqidi və yaradıcı bacarıqların formalaşdırılması mövzularında inkşaf etdirilməlidir.

Tədris proqramında yeniliklərin araşdırılması və nəticələri əks olunmalıdır.

 

Öyrənmə mühiti

Öyrənmək üçün ən uyğun mühit güvənli şagirdlərin aktiv şəkildə iştirak etdiyi mühitdir.

Şagirdlərə yeni məlumatdarın araşdırılması və inkişafı üçün şarait yaradılmalıdır.

Araşdıraraq öyrənmə şagirdə daha yüksək səviyyədə intelektual vərdişlər qazandırır.

Keyfiyyətli təhsilə nail olmaq üçün müəllim - şagird münasibəti yüksək səviyyədə qurulmalıdır.

Yeni üsulların tətbiq olunması, yeni imkanların yaranmasına şərait yaradır.

Qiymətləndirmə - təhsil və təhsil prosesi ilə birbaşa əlaqəli olub, şagirdlərin daha yaxşı və mükəmməl şəkildə öyrənmələrini təmin edir.

 

Şagird

Hər bir şagirdin özünəməxsus bacarıq və maraq sahəsi vardır. Öyrənmə prosesində bunlar nəzərə alinmalıdır.

Şagirdlər tənqidi qiymətləndirmə bacarığına sahib olmalıdırlar.

Şagirdlərdə problem təyin etmə analiz etmə bacarığı inşaf etdirilməlidir.

Şagirdlər əldə etdikləri bilikləri, mühüm məlumatı tətbiq etməyi, eləcə də yaradılmış şəraitdə texniki vasitələrdən istifadə etməyi bacarmaq qabiliyyətrinə malik olmalıdırlar.