Təhsil Fəlsəfəmiz

Evrika liseyi şagirdlərin mükəmməl bir fərd, şəxsiyyət olaraq yetişmələrinin ancaq təhsillə təmin edilə biləcəyinə inanır. Fikrimizcə şagirdlərdə tənqidi, yaradıcı və müstəqil  düşünmə  bacarığı inkişaf etdirilməli, şagirdlər yüksək potensial sahibi olmalıdırlar. Şagirdlərimizin qənaətbəxş bir həyat sürməsi və onlarda fərqli mədəniyyətlərə hörmət, bütün dünya cəmiyyətinə və Azərbaycana xidmət, məsuliyyət duyğusunun inkişaf etdirilməsi ən böyük məqsədimizdir. Biz eyni zamanda şagirdlərin akademik mənada məlumat, bacarıq və anlayış sahibi olaraq formalaşmaları üçün səy göstəririk.