Dəyərlərimiz

Millilik

Uşaqlara milli - mənəvi xüsusiyətlərin, dəyərlərin, təlim-tərbiyənin aşılanmasına yönəlmiş sistemli bir yanaşma

Uşaqlarda fiziki inkişafin, tərbiyənin düzgün qurulmasına xüsusi diqqətin ayrılması

Məsuliyyətlilik

Şagirdlərin şəxsiyyətinin inkişaf etdirilməsi, onlarda məsuliyyət hissinin tərbiyə edilməsi, sağlam düşüncə yaradılması

Hər bir şagirdə fərdi yanaşma

Dərsdən sonra ev tapşırıqlarının yerinə yetirilməsi zamanı çox vacib element olan fərdlərin müstəqil şəkildə öyrənməsini təmin emək.

Mükəmməllik

Yüksək keyfiyyətli biliklərin verilməsi, bacarıq və vərdişlərin formalaşdırılması

Nisbətən yuxarı siniflərdə şagirdlərin bilik və bacarıqlarına uygun təmayüllü siniflərdə qruplaşdırılması 

Yüksək təcrübəyə, elmi-pedaqoji və metodiki biliklərə malik olan peşəkar müəllim heyəti

İnnovativlik

Şagirdlərdə alqoritmik təfəkkürün yaradılması; onların zehni yaddaşının, diqqətinin və məntiqi təfəkkürünün inkişaf etdirilməsi

Müasir təhsil texnologiyalarının öyrənmə prosesində tətbiq edilməsi

Müasir tələblərə, beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli maddi-texniki baza

Yaradıcılıq

Dərslərdən sonra təşkil olunmuş istirahət saatlarında zehni və fiziki yorğunluğu aradan qaldıran, şagirdlərin boş vaxtlarını səmərəli istifadə etmək imkanı qazandıran rəngarəng dərnəklər

Öyrənmənin effektini artıran, şagirdin hərtərəfli  inkişafında əhəmiyətli rolu olan əlavə dərnəklərin (şahmat, musiqi, rəsm) səmərəli şəkildə tətbiqi

Yüksək dərəcəli idman mütəxəssisləri tərəfindən tədris edilən idman dərsləri, müxtəlif idman növləri ilə məşğul olmaq imkanı