Evrika himni

Məktəbimiz

Söz: Əminə İbrahimli

Musiqi: Günel Vəzirova

 

Əziz məktəbimiz, idrakımıza
Nur saçan günəşsən, işıq məbədi.
Əziz məktəbimiz, yollarımıza
Şəfəq bəxş edirsən – sönməz, əbədi.

 

Biz daim möhtəşəm yüksəkliklərə
Can atan yolçuyuq, sən – yol göstərən.
Bizi hey qoruyub nəvazişinlə
Yüksəliş yolunda sağ-sol göstərən.

 

Qarışıq fikrimiz, duyğularımız
Sənin köməyinlə durulur hər gün.
Nə qədər cavabsız suallarımız
Səndə cavab tapıb, yox olur hər gün.

 

Sən böyük dünyaya açıq pəncərə,
Ona qovuşmağa yönəltdin bizi.
Əlimizdən tutub müdrikcəsinə,
Təhsili, həyatı öyrətdin bizə.

 

Sənin şəfəqlərin ürəyimizdə,
Zirvədən-zirvəyə apardın bizi.
Səni unutmarıq, ey məktəbimiz,
Sənə bağlamışıq biz qəlbimizi