2018/2019-cı tədris ili üçün “Evrika” Liseyinə sənəd qəbulu 1 aprel 2018-ci il tarixindən 30 aprel 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqə hər 3 bölmə (Azərbaycan , rus və ingilis bölmələri) üzrə keçiriləcək. 

II-X siniflər üzrə imtahan 13 may 2018-ci il tarixində 

I siniflər üzrə müsabiqə 6 may 2018-ci il tarixində keçiriləcək. 

Lazım olan sənədlər: 

1) I siniflər üçün 3x4 şəkil, doğum haqqında şəhadətnamənin surəti, sağlamlıq haqqında arayış 

2) II-X siniflər üçün 3x4 şəkil, doğum haqqında şəhadətnamənin surəti 
İmtahan aşağıdakı fənlər üzrə keçiriləcək: 

II,III,IV siniflər üzrə 
Azərbaycan dili
Riyaziyyat
Həyat bilgisi

V,VI,VII,VIII,IX,X siniflər üzrə 
Azərbaycan dili
Riyaziyyat
Azərbaycan tarixi
İngilis dili

İmtahan “Evrika” Liseyinin binasında keçiriləcək. 

Qeyd: II tur 20 avqust 2018-ci il və 27 avqust 2018-ci il tarixlərində keçiriləcək. 

Şagirdlərin qəbulu avqust ayının axırına kimi davam edəcək.